Müsəlmanlar
Pulu bankda faizli hesabda saxlanan şəxsin maaşı haramdır?

Pulu bankda faizli hesabda saxlanan şəxsin maaşı haramdır?

Sual: Bir müdir öz içcilərinin maaş pulunu bankda saxlayır. Həmin pulun faizindən istifadə edir. Belə olan halda, işcilərin maaşı haram olur, yoxsa yox?

Cavab: İşcilərə paylanmalı olan pul müdiriyyət tərəfindən müəyyən gəlirin müqabilində bankda saxlanırsa, bu, müdir baxımından düzgün bir hal deyil. Ancaq işcilərin bu məsələdə bir məsuliyyəti yoxdur. Bir sözlə, onların aldıqları maaş halaldır.

Haramlıq ya bir şeyin təbiətindən, ya da onu əldə etmək formasından irəli gəlir. İçki və donuz əti kimi haramlıq o şeyin təbiətindədirsə, ona haram li eynihi deyilir və bu, hər bir müsəlmana haramdır.

Amma faiz və qumardan götürülən pul kimi haramlıq o şeyin təbiətindən deyil, əldə etmək formasından irəli gəlirsə, ona haram li qeyrihi deyilir. Bu yolla qazanılan pul təkcə o işi görənə haram olur. Əgər belə olmasaydı, hamı özünə verilən pul və ya malın mənbəyini soruşmağa məcbur qalardı. Ki, bunu heç kəs tamamilə yerinə yetirə bilməz.

Bu məsələ ilə əlaqədar ətraflı məlumat üçün aşağıdakı keçidlərə də baxın:

http://www.muselmanlar.com/fitvalar/4469.html

http://www.muselmanlar.com/fitvalar/900.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.