Müsəlmanlar

Qumardan gələn pul varislərə halaldır?

Sual: Bütün mal-dövlətini cıdır yarışlarından qazanan bir nəfər öldü. Qoyub getdiyi mal-mülk varislərin arasında Quranda deyildiyi kimi pay olundu. Görəsən, bu miras pakdır? Axı qumardan qazanılan pullardır. Qumar isə haramdır. Bu barədə nə deyərdiniz?

Cavab: Pul özü haram deyil. Haram olan onun qazanıldığı yoldur. Odur ki, pula nə haram demək olar, nə də halal.

Allahın haram etdiyi yolla pul qazanmaq insanı böyük günaha salır. Lakin bunun günahı bu pulu qazanan insanındır. Onun baxmalı olduğu kəslər üçün həmin pul-mal halaldır. O pulu yeyə bilərlər, Həccə gedə bilərlər. Ondan uşaqlara qalan miras da halaldır.

Haramlıq 2 cür olur. Biri misla üçün, içki və donuz əti kimi bir şeyin özlüyündə olan haramlıqdır. Digəri də qazanmaq (əldə etmək) yolu ilə meydana gələn haramlıqdır.

Nəticə etibarilə bu məsələdə günah mirası qoyub gedənindir. Varislərin bir qəbahəti yoxdur. O pulu ala bilərlər. Onlara: “Bunu almayın” demək olmaz. Sadəcə olaraq: “Baxın, bu, halal bir qazanc deyil, almasanız, yaxşı olar” kimi bir məsləhət vermək, belə bir tövsiyə etmək olar.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.