Sual: Mənim sizə belə bir sualım var: Məlumdur ki, bəzi yerlərdə “spirtsiz pivə” və “müsəlman pivəsi” kimi adlandırılan bir pivə növü satılır. Bu içkini içmək halaldır, yoxsa yox?
Cavab: Əgər həqiqətən, tərkibində sərxoşedici maddə yoxdursa, içmək olar.
Bu məsələdə biz müsəlmanlar maraqlandıran hansı içkinin tərkibində nə qədər alkoqolun olub olmaması deyil. Bizi maraqlandıran əsas məsələ bir şeyin içildiyi vaxt insanı sərxoş edib etməməyidir.
Alkoqol elə bir maddədir ki, nişasta və şəkərli qida məhsullarının, o cümlədən çörək və meyvələrin bir çoxunda olur.
http://www.muselmanlar.com/fitvalar/2272.html
http://www.muselmanlar.com/fitvalar/2270.html
Bu, çox qısa bir müddət ərzində formalaşır. Amma biz həmin məhsulları yeməklə sərxoş olmuruq. Əlavə olaraq, bu sahənin mütəxəssisləri bildirirlər ki, insan orqanizminin müəyyən qədər alkoqola da ehtiyacı var.
Əsas qayda budur ki, içilən şey insana sərxoşluq verməsin. İslam dininə əsasən çoxu sərxoş edən şeyin azı da haramdır.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.