Müsəlmanlar
Sirkədəki spirtli maddənin hökmü nədir?

Sirkədəki spirtli maddənin hökmü nədir?

Sual: Sirkə alkoqoldan istehsal olunduğuna görə içərisində 0,2-0,3 % (100 qram sirkədə 0,2 qram alkoqol) miqdarında dad və iylə hiss edilə bilməyən alkoqol qalır. Həmin maddənin hökmü nədir? Sirkənin halallığına bir xələl gətirir?

Cavab: Sirkənin daxilindəki alkoqol maddəsi ((Alkoqol (elmi dildə: Ethanol) – rəngsiz, kəskin iyə malik maye olub, el arasında alkoqol kimi tanınmışdır. Köhnə mənbələrdə onun adı Athanol, Athylalkohol və ya Ethylalkohol kimi hallanır. Çox vaxt ona “spirt” (latınca “ruh“) də deyilir. Elmi dildə etanol EtOH kimi qısaldılmış şəkildə işlədilir. Alkoqol kefləndirici maddədir. MƏNBƏ: http://az.wikipedia.org/wiki/Alkoqol)) onu haram etmir. Çünki sirkəni heç vaxt içki (xamr, sərxoşedici maddə) kimi istifadə etmək olmaz. Quranda qadağan edilən maddə kimyəvi bir maddə olan alkoqol deyil. İçildiyi vaxt insanı sərxoş edən içkidir.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.