Sual: Meyvələrin içərisində təbii yolla, yəni, meyvə yetişdikcə öz-özünə yaranan alkoqolun hökmü nədir? Misal üçün, 2 həftəlik yetişmiş bir bananın 100 qramında təqribən 1 qr alkoqol olur. Banan yetişdikcə alkoqolun miqdarı da artır. 4 günlük bir bananın 100 qramının tərkibində orta hesabla 0,1 qram alkoqol olur. 2 həftəlik olan, qabıqları qaralan və tam yetişən bir bananın tərkibindəki alkoqol (100 qramında 1 qr) halaldır, yoxsa haram?
Cavab: Sirkə ilə əlaqədar cavabımızda da bildirdiyimiz kimi, Qurani-Kərimdə açıq-aydın formada haram edilən şey içildiyi vaxt insanı sərxoş edən içkidir (xamr). Alkoqol isə kimyəvi bir maddədir ((Alkoqol (elmi dildə: Ethanol) – rəngsiz, kəskin iyə malik maye olub, el arasında alkoqol kimi tanınmışdır. Köhnə mənbələrdə onun adı Athanol, Athylalkohol və ya Ethylalkohol kimi hallanır. Çox vaxt ona “spirt” (latınca “ruh“) də deyilir. Elmi dildə etanol EtOH kimi qısaldılmış şəkildə işlədilir. Alkoqol kefləndirici maddədir. MƏNBƏ: http://az.wikipedia.org/wiki/Alkoqol)) və sualınızda qeyd etdiyiniz kimi, banan, portağal, alça, şaftalı kimi meyvələrdə və bal, çörək və qatıq kimi qida məhsullarında da olur. Sadalanan bu qidaların hamısı halaldır. Çünki bunlar yeyildiyi vaxt insanı sərxoş etmir.
Sirkə ilə əlaqədar sual-cavabla tanış olmaq üçün aşağıdakı keçidi tıqqıldadın:
http://www.muselmanlar.com/fitvalar/2270.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.