Sual: Mən gecə smenində işləyirəm. İşdən evə sübh namazının vaxtında qayıdıram. Namaz qılıb yatıram. Gündüz yatdığım üçün zöhr, əsr və şam namazlarını qıla bilmirəm. Xüftən namazının vaxtında yuxudan durub bütün namazlarımı qılıram. Sualım budur: Bu halda gecə smenində işləmək günahdır?
Cavab: Xeyr, gecə növbəsində işləmək günah deyil. Bunun dini cəhətdən heç bir eybi yoxdur.
Burada başqa bir məsələ var: Namazların vaxtlı vaxtında qılınmaması məsələsi. Sizi narahat edən və bu sualı soruşmağa vadar edən də budur. Yaxşı olar ki, zəngli saat və ya telefondan istifadə edin və namaz vaxtında oyanın. Nə olursa, olsun, namazınızı vaxtında qılın. Ailə üzvlərindən kömək istəyin. Sizi həmin vaxtında oyatsınlar.
Gecə növbəsində işləmək bəzi insanlar üçün bir müddətdən sonra həyat tərzinə çevrilir. Bu insanlar gecə işlədiklərinə görə gündüzü yuxuda keçirməli olurlar.
Ancaq yenə də yuxudan durub namaz qılmaq mümkündür. Bu, insanın öz istəyindən asılıdır. Siz də çalışın ki, namazları əldən verməyi adət halına gətirməyəsiniz. Təbii ki, günorta (zöhr) və ikindi (əsr) namazlarını, eləcə də, axşam və xüftən namazlarını birləşdirib qılmaq olar.
http://www.muselmanlar.com/fitvalar/2869.html
Siz də belə edə bilərsiniz. Əsas odur ki, namazı vaxtında qılasınız.
Sualınızla əlaqədar olaraq aşağıdakı keçidlərə daxil olun:
http://www.muselmanlar.com/fitvalar/2040.html
http://www.muselmanlar.com/fitvalar/1891.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.