Müsəlmanlar

Bəzən sübh namazına dura bilmirəm. Bunu necə həll edim?

Sual: Mən namazlarımı qılmağa, necə deyərlər, fövtə verməməyə çalışıram. Ancaq çox vaxt sübh namazına dura bilmirəm, qəzaya saxlayıram. Bunun düzgün olmadığını da bilirəm. Bilirəm ki, namazın qəzası yoxdur. Bunu həm sizin fitvalarınızdan, həm də məndən çox bilən böyüklərdən soruşub öyrəndim. Bu məsələdə nə etmək olar? Mən bu zəif cəhətimə necə qalib gələ bilərəm?

Cavab: Sübh namazına durmaq üçün bütün mümkün tədbirləri görməlisiniz. Hər şeydən əvvəl gec yatmayın ki, tez dura biləsiniz. Səhər oyanmaq üçün saat və telefon zənglərindən istifadə edin. Bunları söndürüb təzədən yatmamaq üçün ikisini də yatdığınız yerdən bir qədər uzağa qoyun. Beləcə, yerinizdən durmağınız lazım gələcək. Əlavə olaraq, ailə üzvlərinizdən və yaxud dost-tanışlarınızdan kömək istəyə bilərsiniz. Telefonunuzu açıq qoyun, onlar sizə zəng etsinlər. Get-gedə vərdiş halına gətirib özünüz də asanlıqla sübh namazına dura biləcəksiniz.

Bütün bu tədbirlərə baxmayaraq yuxuya qalıb oyana bilmədiyiniz vaxt da namazı oyandıqda qılarsınız.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.