Sual: Namazı qəsdən qəzaya vermək olar? Olarsa, hansı hallarda?
Cavab: Namazı vaxtında qılmaq lazımdır. Bilə-bilə qəzaya saxlamaq olmaz, günahdır. Yəni, heç kim heç bir üzrlü səbəb olmadan: “Əşi, sonra qılaram”, – deyib namazını qəzaya qoymamalıdır.
Bir şəxsin namazı ya yuxu, ya unutduğu üçün, ya da qılmağını qeyri-mümkün hala gətirən fiziki şərtlər ucbatından qəzaya qala bilər. Bunların xaricində namazı qəzaya saxlamaq günahdır və qəzası da buraxdığı namazın yerinə keçməz. Namazını qəzaya buraxan şəxs, tövbə etməli və bir də namazını bilərək qəzaya buraxmamağa çalışmalıdır.
Hənbəli məzhəbinin alimləri də bu şəxs barədə elə bir qənaətdədirlər ki, o, tövbə etməli və namazını bir də qəzaya saxlamamalıdır. Onlar yuxarıda sadalanan 3 səbəb xaricində qılına bilməyən bir namazın qəza edilməsini caiz hesab etmirlər.
Hənəfi, Şafii, Maliki və Cəfəri məzhəbləri isə bunun əksini bildirirlər ki, belə bir şəxs həm tövbə etməli, həm də qəzaya qalan namazını qılmalıdır.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.