Sual: Məndə qastro-ezofageal reflyuks xəstəliyi var. Hər gün 3 dərman qəbul edirəm. Güman edirəm ki, oruc tutmamalıyam. Buna baxmayaraq oruc tutmaq istəyirəm. Əgər buna cəhd etsəm, öz-özümə zülm edərəm? Yoxsa oruc tutmayıb cəriməsini ödəyim? Reflyuks xəstəliyi oruc tutmamaq üçün üzrlü səbəb hesab olunur?
Cavab: Allah Təala bildirib ki, xəstə olanlar və oruc tutacağı təqdirdə xəstəliyi artanlar oruc tutmaya bilərlər. Bununla belə, oruc tutmaqlarının daha xeyirli olacağını da bildirib.
Oruc tutmayan, daha doğrusu, tuta bilməyən xəstə və yol üstündə olanlar sonra tuta bilmədikləri günlər qədər oruc tutmalıdırlar. Oruc tutmağa imkan tapmadan ölsələr, bir məsuliyyətləri olmaz. Bu kimi insanların ödəməli olduqları bir fidyə filan da yoxdur.
Sualınızla əlaqədar olaraq aşağıdakı qısa yazıları da nəzərdən keçirin:
http://www.muselmanlar.com/fitvalar/1936.html
http://www.muselmanlar.com/fitvalar/1911.html
http://www.muselmanlar.com/fitvalar/1922.html
http://www.muselmanlar.com/fitvalar/3348.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.