Müsəlmanlar
Xəstəliyimə görə 3 il oruc tuta bilmədim. İndi nə etməliyəm?

Xəstəliyimə görə 3 il oruc tuta bilmədim. İndi nə etməliyəm?

Sual: Mən təqribən 3 il xəstəliklərlə mübarizə apardım. Bu müddət ərzində Ramazan oruclarımı tuta bilmədim. İmkanım olmadığına görə bu orucların fidyələrini də verə bilmədim. İndi isə şükür ki, səhhətim yaxşıdır. Maddi vəziyyətim də düzəlib. Belə olan halda, tuta bilmədiyim orucların fidyələrinin hamısını birlikdə bir kasıba verə bilərəm? Bu dini cəhətdən düzgündür?

Cavab: Sizin səhhətiniz indi yaxşı olduğuna görə əvvəllər xəstəliyiniz ucbatından tuta bilmədiyiniz Ramazan ayı oruclarınızı mütləq qəza etməlisiniz. Fidyə verməklə oruc tutmaq borcunuzdan xilas ola bilməzsiniz.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.