Müsəlmanlar
Quranın başa düşülməsində ictihadın əhəmiyyəti

Quranın başa düşülməsində ictihadın əhəmiyyəti

Sual: Allahın ayələrini öz ictihadlarına görə izah edənləri Qurana əsasən necə qiymətləndirmək lazımdır?

Cavab: Quranda belə bir ayə var:

“Əlif, Lam, Ra. Bu elə bir kitabdır ki, ayələri möhkəm qılınmış, sonra hər şeyə hökm edən və hər şeydən xəbərdar olan Allah tərəfindən təfsilatla izah edilmişdir. Bu ona görə belədir ki, siz Allahdan qeyrisinə ibadət etməyəsiniz. (De): Mən Onun tərəfindən sizi xəbərdar edən və müjdələyənəm”. (Hud, 11/1-2)

Göründüyü kimi, Quranı izah etməyi məhz Allah öz öhdəsinə götürüb. Qiyamət surəsinin 16-19-cu ayələrini də eyni cür başa düşmək lazımdır. Bizim görməli olduğumuz iş Allahın izahlarını müəyyənləşdirməyə cəhd etməkdir. İctihad fəaliyyəti təkcə bu mərhələdə göstərilə bilər. Bu ön qəbula əsasən Allahın izahlarını müəyyən etmək üçün göstərilən səylərdə insan olduğumuza görə səhvlər də ola bilər və bu, başa düşüləndir. Bu məsələlərdə niyyət Allahın izahlarını müəyyən etmək deyil, Quranda olmadığı irəli sürülən həll yollarının formalaşdırılması olsa, necə deyərlər, çoxlu qanunverici şəxs peyda olar. Belə bir vəziyyətdə də biz nazil edilmiş dinin yox, formalaşdırılmış dinin dindarı olarıq.

Sualınızla əlaqədar olaraq aşağıdakı yazıları oxumağınızı da tövsiyə edirik:

http://www.muselmanlar.com/fitvalar/2046.html

http://www.muselmanlar.com/tedqiqatlar/1423.html

Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.