Sual: Quranda belə deyilir: “Ey iman gətirənlər! Peyğəmbərlə xüsusi söhbət edəcəyiniz vaxt bu söhbətinizdən qabaq (kasıblara) bir sədəqə verin”. Bu halda, Həcc və Ömrə ziyarəti vaxtı sədəqə vermək lazımdır?
Cavab: Həzrəti peyğəmbərlə (s. a. v.) görüşdən əvvəl verilməli olan sədəqə məsələsi (Mücadələ surəsi, 12-ci ayə) sonrakı ayə ilə nəsx edilmişdir; yəni, hökmü ləğv edilmişdir. Başqa sözlə desək, hal-hazırda Həcc və Ömrə ziyarətlərində bu sədəqəni vermək lazım deyil.
Bu məsələ ilə əlaqədar Quran ayələri belədir:
“Ey iman gətirənlər! Peyğəmbərlə xüsusi söhbət edəcəyiniz vaxt bu söhbətinizdən əvvəl bir sədəqə verin. Bu, sizin üçün daha xeyirli və daha təmizdir. Əgər bir şey tapa bilməsəniz, bilin ki, Allah bağışlayandır, rəhmlidir.
Məgər siz gizli söhbətinizdən əvvəl sədəqə verməkdən qorxdunuzmu? Əgər siz (bunu) etməmisinizsə və Allah da tövbənizi qəbul edibsə, onda namaz qılıb zəkat verin, Allaha və Onun Elçisinə itaət edin. Allah nə etdiklərinizdən xəbərdardır”. (Mücadələ, 58/12-13)
Nəsx məsələsi ilə əlaqədar olaraq aşağıdakı keçidlərə daxil olun:
http://www.muselmanlar.com/fitvalar/2130.html
http://www.muselmanlar.com/tedqiqatlar/2133.html
Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.