Müsəlmanlar
Səfərdə olan bir nəfər oturaqlara pişnamaz ola bilər?

Səfərdə olan bir nəfər oturaqlara pişnamaz ola bilər?

Sual: Yol üstündə olan bir nəfər keçdiyi yerlərdə oranın camaatına pişnamazlıq edə bilər? Əgər bu mümkündürsə, namazı onlara necə qıldırmalıdır? Bütöv, yoxsa qəsrlə?

Cavab: Muqim (oturaq, səfərdə olmayan, öz yerində yaşayan) namazda müsafirə (yol üstündə olan, səfərdə olan), müsafir də muqimə tabe ola bilər. Əgər bir muqim namazda müsafir olan bir pişnamaza (imam-camaat) tabe olubsa, müsafir 4 rükətli fərz (vacib) namazlarda 2 rükət namaz qılıb salam verməli (namazı qurtarmalı), muqim də ayağa durub namazın yerdə qalan hissəsini başa vurmalıdır.

Yaxşı olar ki, pişnamaz olan müsafir namazdan əvvəl və yaxud sonra camaata belə desin: “Siz namazınızı tamama çatdırın. Mən səfəriyəm”. Belə demək müstəhəbdir. (MƏNBƏ: Ömer Nasuhi Bilmen, Büyük İslam ilmihali, Türk dilində, “səfərin hökmləri” fəsli, 268-ci bölmə)

Səfərilik məsələsi ilə əlaqədar olaraq aşağıdakı keçidləri də nəzərdən keçirin:

http://www.muselmanlar.com/fitvalar/2637.html

http://www.muselmanlar.com/fitvalar/1559.html

http://www.muselmanlar.com/fitvalar/1040.html