Müsəlmanlar
Səfər üstündə qurban

Səfər üstündə qurban

Sual: Qurban məsələsinə dair bir sualım var: Bir nəfər qurban kəsmək üçün bir qohumunun yanına (90 km-dən az olmamaq şərti ilə) gedib orada qurban kəsmək istəsə, bunun dini baxımdan hökmü nədir? Bununla əlaqədar müxtəlif fikirlər var. Görəsən, ən düzgünü nədir? Qurban kəsməyin bir şərti də muqim (oturaq olmaq, səfərdə olmamaq) olmaqdır. Başqasının yanına gedəndə qurban kəsmək məsuliyyəti o insanın üzərindən götürülürmü? Bir də ki, əgər insan qurban kəsmək məqsədilə səfərə çıxsa və getdiyi yerdə 15 gündən az qalacaqsa, qurban kəsə bilər? Əgər kəssə, buna görə savab qazanar? Əgər öz vətəninə bayramda qayıdacaqsa, təzədən qurban kəsməlidirmi? Ya da bayramdan sonra vətəninə qayıdacaqsa, nə olar? Bu məsələ dini cəhətdən necə qiymətləndirilir?

Cavab: Qurban ibadətini vacib kimi qəbul edən Hənəfi məzhəbinin fikirlərinə əsasən dini cəhətdən səfərdə hesab olunan şəxs qurban kəsməklə məsul deyil. Lakin kəsməyinin də heç bir eybi yoxdur. Qurban kəsmək ibadətini sünnə (müstəhəb) əməl hesab edən digər məzhəblərdə isə bu məsələdə səfərdə olanla oturaq olan arasında heç bir fərq yoxdur.

Hənəfilərin səfər üstündə olanlar üçün belə bir icazədən danışmağı ibadətlərdə məşəqqət və çətinliyi aradan qaldırmaq məqsədi daşıyır. Çünki səfərdə olan insan həm qurbanlıq heyvan tapmaq və onu kəsmək baxımından, həm də kəsilən heyvanın ətini paylamaq cəhətindən o ərazidə yaşayan insanların bildiyi məlumatlara və malik olduqları imkanlara malik olmaya bilər. Bir də ki, səfərdə olan insan zəngin də olsa, əlindəki pulu daha diqqətli və ehtiyatla xərcləməli ola bilər. Lakin indiki dövrdə səyahət şərt və imkanları xeyli dəyişdiyinə görə bu məsələdə digər məzhəblərin fikirlərinə əsasən hərəkət etmək də mümkündür.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.