Müsəlmanlar
Kanikulda evlərinə gedən tələbə səfəri sayılır?

Kanikulda evlərinə gedən tələbə səfəri sayılır?

Sual: Mən tələbəyəm. Valideynlərimdən uzaq bir yerdə təhsil alıram. Onların yanına təkcə bayramlarda və kanikullarda gedə bilirəm. Yolum 12 saatdan çox çəkir. Sualım belədir: Mən öz evimizə getdiyim vaxt dini cəhətdən səfəri sayılıram, yoxsa yox? Əgər səfəriyəmsə, namazı nə cür (neçə rükət, nə vaxt?) qılmalıyam?

Cavab: Valideynlərinizin yanına getdiyiniz vaxt səfəri hesab olunmursunuz. Amma oxuduğunuz şəhərdən çıxdığınız vaxtdan valideynlərinizin yaşadıqları yerə gedənə qədər səfəri hesab olunursunuz.

Səfərilik vaxtı axşam namazı 3, o biri namazlar isə 2 rükət qılınmalıdır.

Bir də yolda olduğunuz vaxtda əgər ehtiyac yaransa, günorta (zöhr) və ikindi (əsr) namazlarını birləşdirib qıla bilərsiniz. Axşam (şam) və gecə (xüftən) namazlarını da birləşdirə bilərsiniz. Bununla əlaqədar olaraq saytımızda bir tədqiqat yazısı var. O yazını oxumağınız yaxşı olar:

http://www.muselmanlar.com/tedqiqatlar/1953.html

Namaz məsələsinə dair qısa sual və cavabları da buradan oxumağınız mümkündür:

http://www.muselmanlar.com/fitvalar/namaz