Müsəlmanlar

İnternetdən kitab yükləmək olar?

Sual: Məlumdur ki, internet şəbəkəsində kitab yükləmək üçün yüzlərlə, hətta minlərlə sayt var. Bu saytlardakı dini kitabları kompyuterə yükləmək olar?

Cavab: Əgər bir internet saytı buna razılıq veribsə, əlbəttə ki, endirmək olar. Ancaq bir məhdudiyyət qoyulubsa, endirmək olmaz.

Bəzi saytlar bu işin müqabilində haqlı olaraq müəyyən qədər pul tələb edirlər. Çünki kitabların internet mühitinə daşınmağı da insan əməyi tələb edir. Bu əməyə hörmət etmək və haqqını ödəmək lazımdır. Əks təqdirdə, icazə verilməyən bir saytdan qeyri-qanuni (oğurluq) yollarla kitab götürmək düzgün deyil. İslam dini bu kimi hallara qətiyyən icazə vermir.

Özünü müsəlman hesab edən bəzi adamlar deyirlər ki, yəhudi və xristianların, eləcə də, müsəlman olmayan digər insanların qurduqları saytlardan bu materialları götürmək olar. Əslində isə vəziyyət belə deyil. Ətraflı məlumat üçün bu keçidə daxil olun:

http://www.muselmanlar.com/fitvalar/2662.html

Əlavə olaraq müəlliflik hüququ deyilən bir şey var. Normal bir vətəndaş istər müsəlman olsun, istərsə olmasın, bu hüquqları heç vaxt tapdamamalıdır. Materialların dini olub olmamağının mətləbə dəxli yoxdur.

İnternetdən götürülən materialları istifadə etdikdə də mütləq mənbə göstərmək lazımdır. Bu işin müəyyən qayda-qanunu var. Bunlara mütləq surətdə riayət etmək lazımdır.

Sualınızla əlaqədar olaraq aşağıdakı yazıları da oxuyun:

http://www.muselmanlar.com/fitvalar/574.html

http://www.muselmanlar.com/fitvalar/1344.html

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.