Sual: Müəllif hüquqları haqqında hər hansı bir dini qərar varmı? Misal üçün, müsəlman bir şəxsə aid əsərlə müsəlman olmayan bir şəxsin əsərini götürək. Bu əsərlər arasında müsəlman ölkəsində müəllif hüquqları baxımından bir fərq var?
Cavab: İslam Konfransı Təşkilatı nəzdindəki İslam Fiqh Akademiyasının qərarına əsasən müəllif, icad, ixtira və kəşf hüquqları qorunur və bu hüquqları pozmaq olmaz. Başqa sözlə, bu, caiz deyil; dində buna icazə yoxdur. ((43:5/5 nömrəli qərar, III bənd, 1998-ci il. Geniş məlumat üçün baxın: Məcəllətul-məcmə, III cild, s. 2267.))