Sual: Sədəqənin mənası nədir?
Cavab: Sədəqə sözü Ərəb sözüdür. Sidq kökündən əmələ gəlib. Doğruluq, düzgünlük mənalarını verir. Hər bir insan özünün düzgün və dürüst bir insan olduğunu deyir. Allah Təalaya qarşı da düz olduğunu irəli sürür. Kimdən: “Sən Allahı çox sevirsən, yoxsa öz mal-dövlətini?”, – deyə, soruşsanız, Allahı çox sevdiyini deyər. Eləmi? Elə isə Allahın razılığı üçün filan malını başqasına ver. Elə bu vaxt insan övladı narahat olmağa başlayır. Əgər bir malını Allah yolunda verirsə, deməli, həqiqətən də, o insan sözünün ağasıdır.
Sədəqə məsələsi infaq, fitrə və zəkatla da əlaqədardır. Odur ki, sualınıza cavab olaraq aşağıdakı yazıları da oxuyun:
http://www.muselmanlar.com/fitvalar/3001.html
http://www.muselmanlar.com/fitvalar/2084.html
http://www.muselmanlar.com/tedqiqatlar/849.html
http://www.muselmanlar.com/fitvalar/zekat
Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.