Sual: Quranın Bəqərə surəsinin 124-cü ayəsindəki “kəlmələr” ifadəsi ilə nə nəzərdə tutulur?
Cavab: Həmin ayədə belə deyilir:
“Rəbbi İbrahimi bir neçə sözlə imtahan etdi. O da bunları tamamilə yerinə yetirib tamamladı. Rəbbi ona: “Mən səni insanlara başçı təyin edəcəyəm!”, – dedi. İbrahim: “Mənim nəslimdən necə?”, – deyə soruşdu. [Allah]: “[Sənin soyundan olan] Zalimlər mənim əhdimə nail olmazlar!”, – deyə buyurdu”.
Ayədə ibtila kəlməsi var. Burada bu sözün mənası ağır bir imtahandan keçirmək deməkdir.
İbrahim peyğəmbər Allah tərəfindən imtahana çəkilib. Bunlardan bəziləri öz oğlunun qurban edilməsi, oda (tonqal) atılmaqla nəticələnən hərəkətləri, öz ölkəsindən çıxmağı, daha doğrusu, yurd-yuvasını tərk etməyə məcbur qalması kimi çətinliklərdir. Bunlar Allaha məxsus bəzi kəlmələr səbəbindən İbrahim etdiyi hərəkətlərdir; yəni, onun başına gələnlərdir.
Allah Təala bildirir ki, İbrahim əleyhissəlam bütün bunları – ondan tələb olunanları tamamilə yerinə yetirdi (ayədə: fəətəmməhunnə).
Nəticə olaraq deyə bilərik ki, ayədə qeyd edilən kəlmələr ifadəsi ilə Allah tərəfindən verilən əmrlər nəzərdə tutulur.
İbrahim peyğəmbər və başına gələn əhvalatlar barədə ətraflı məlumat üçün aşağıdakı keçidlərə daxil olun:
http://www.muselmanlar.com/fitvalar/1967.html
http://www.muselmanlar.com/fitvalar/1186.html
http://www.muselmanlar.com/fitvalar/1637.html
Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.