Sual: Qurani-Kərimdə qeyd olunur ki, həzrəti İbrahimin atası Azər bütə sitayiş edənlərdən idi. Bəziləri deyirlər ki, Azər həzrəti İbrahimin atası deyil, əmisi olub. Bunu sübut etmək üçün də müxtəlif izahlar gətirirlər. Bu düzdür?
Cavab: Qurani-Kəriminin zahirinə əsasən və təfsir alimlərinin böyük əksəriyyətinin fikrincə Azər həzrəti İbrahimin atası olub. Bəziləri isə əmi və baba haqqında da ata ifadəsinin işlədildiyini və həzrəti Muhəmməd peyğəmbərin nəslində heç bir kafir olmadığını irəli sürərək Azərin həzrəti İbrahimin əmisi olduğunu deyiblər. Şiələrin bu barədə fikri belədir. Lakin Elmalılı Muhammed Hamdi Yazırın da tutarlılıqla bildirdiyi kimi, bu iddialar Quranın zahirinə qarşı zorakı izah və lazımsız təəssübkeşlikdən ibarətdir. ((Elmalılı Muhammed Hamdi Yazır, Hak Dini Kur’an Dili, İstanbul, 1936, III cild, s. 1964-1965, Ənam surəsinin 74-cü ayəsinin təfsiri.))
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.