Müsəlmanlar

Səs verdiyimiz insan səhv edirsə, buna biz də cavabdehik?

Sual: Hamıya məlumdur ki, insan öz gördüyü işlərə görə cavabdehdir. Biz seçkilərdə iştirak edib səs veririk. Beləcə, seçdiyimiz insan bizim dəstəyimizlə seçilir. Biz ona bir növ güc-qüvvə verir və imkan yaradırıq. Əgər o şəxs səhvlərə yol versə, biz də o səhvlərə görə cavabdehlik daşıyırıq?

Cavab: Səs vermək bir əmanəti əmanət əhlinə təhvil vermək deməkdir. Siz yəqin ki, sizin üçün qiymətli olan hər hansı bir şeyi əmanət kimi etibar etmədiyiniz bir insana verməzsiniz. Səs də belədir. Onu etibar etmədiyiniz insana verməmək lazımdır. Qabiliyyəti olmadığını bilə-bilə və səhv hərəkətlərini gördüyünüz insanı seçsəniz, təbii ki, babal altında qalarsınız. Lakin yaxşı hesab etdiyiniz üçün seçdiyiniz insan pis çıxsa, siz yenə savab qazanarsınız. Həmin insanın pisliyi də əslində özünə qalar.

Aşağıdakı Quran ayəsini unutmamaq lazımdır:

“Kim yaxşı bir işə vasitəçilik etsə, ona (bunun) (savabından) bir pay düşər, kim də pis bir işə vasitəçilik etsə, ona da ondan bir pay düşər. Allah hər şeyin əvəzini verəndir”. (Nisa, 4/85.)

Bir başqa ayədə isə Uca Rəbbimiz, işi əhlinə verməyimizi əmr edər:

“Allah sizə əmanətləri əhlinə verməyinizi və insanlar arasında hökm verərkən ədalətlə hökm vermənizi əmr edir. Allahın sizə verdiyi bu öyüd-nəsihət necə də gözəldir! Şübhəsiz ki, Allah Eşidəndir, Görəndir.” (Nisə 58)

Zəhmət olmasa, bu məsələ ilə əlaqədar olaraq verdiyimiz cavablara bir daha nəzər yetirin:

http://www.muselmanlar.com/fitvalar/2749.html

http://www.muselmanlar.com/fitvalar/2756.html

http://www.muselmanlar.com/fitvalar/2755.html

Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.