Müsəlmanlar
Demokratiya məsələləri

Demokratiya məsələləri

Sual: Məncə demokratiya məsələsini iki istiqamətdə qiymətləndirmək lazımdır. Birincisi, bu məsələyə idarə edənlərin hakimiyyətə gəlib getməklərini müəyyənləşdirməsi baxımından yanaşmalıyıq. İkincisi də hökm verməyi baxımından. Birinci formanın İslam dininə əsasən pis bir cəhəti yoxdur. Gələk ikinciyə. Bu sahədə kim və nəyə əsasən hökm verəcək? Məhz bu məsələ İslam baxımından vacibdir. Çünki demokratiyada əsas meyar ilahi vəhy deyil. Demokratiya müəyyən bir şəxsin və yaxud cəmiyyətin müəyyən bir təbəqəsinin öz mənfəətinə əsasən bir hökmü (qərar, qanun) hansısa bir formada parlamentin qərarı kimi, ya da əksəriyyətin (çoxluq) fikri kimi məclisdə qəbul etdirməyi deməkdir. Bu cür hökmlər qoymaq qədim dövrlərdə bir sıra cansız varlıqlara, şəxs və icmalara tətbiq olunurdu. Bu yolla da cəmiyyətləri öz istədikləri kimi, guya tanrılarının adı ilə idarə edirdilər. İndiki dövrdə isə bu məsələ daha mütəşəkkil hala gətirilərək başqa bir dona büründürülüb və insanlarda hər şey sanki xalqın adından idarə edilirmiş kimi bir təəssürat yaradılıb. Türkiyədə və digər ölkələrdə parlamentlərin necə müəyyən edildiyini və orada nə cür qərarların qəbul edildiyini bilirik. Elə isə, xahiş edirəm, demokratiya ilə əlaqədar fikirlərinizə bir daha nəzər salasınız və məsələyə bu baxımdan yanaşasınız.

Cavab: Hər bir insan özünün malik olduğu imkanlar daxilində cavabdehlik daşıyır. Əgər sizin idarəçiləri seçmək imkanınız varsa, bunu onların arasında ən yaxşı olanın lehinə istifadə etməlisiniz. Çünki bu sahədə görə biləcəyiniz başqa bir iş yoxdur.

Əgər siz özünüz seçilsəniz və hökm vermək səlahiyyətiniz olsa, bu zaman yenə öz güc və imkanlarınızın çərçivəsində hərəkət etməli olarsınız. Əgər hökm verə biləcək qədər imkan və gücə maliksinizsə, bunu öz inandığınız şeylərə əsasən istifadə edərsiniz. Əgər belə bir imkanınız yoxdursa, o vaxt düzgün olan şeyləri təbliğ etməklə kifayətlənərsiniz. Çünki əlinizdən gələn işlər ancaq bu qədərdir.

Demokratiya ilə əlaqədar olaraq keçirdiyiniz narahatlıq əslində hər növ sistem üçün də qüvvədədir. Burada aşağıdakı Quran ayəsini bir daha yadımıza salmalıyıq:

“Allah heç kəsə gücünün çatmadığı bir yükü yükləməz”. (Bəqərə, 2/286.)

Bir sözlə, bizim görməli olduğumuz iş içərisində olduğumuz şəraiti ən effektiv və müsbət şəkildə qiymətləndirməkdən ibarətdir.

Zəhmət olmasa, bu məsələ ilə əlaqədar olaraq verdiyimiz cavablara bir daha nəzər yetirin:

http://www.muselmanlar.com/fitvalar/2749.html

http://www.muselmanlar.com/fitvalar/2750.html

http://www.muselmanlar.com/fitvalar/2755.html

QEYD: Bu sual saytımıza Türkiyədən daxil olub.

Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.