Müsəlmanlar

Faiz alan da verən də eyni nisbətdə günaha batır?

Sual: Məlumdur ki, rüşvət almaq da, vermək də günahdır və bunun bir cəzası var. Bəs faiz? Eyni vəziyyət faiz üçün də qüvvədədir? Yəni, faizi yemək günah, kredit götürmək kimi faizli borc alıb kiməsə faiz yedirtmək günah deyil?

Cavab: Faizi alan da, verən də eyni qaydada məsuliyyət daşıyır. Çünki Allah təkcə borcun artıqlaması olan faizi deyil, eyni zamanda faizli müqavilənin özünü də qadağan edib.

Əbu Zübeyr adlı şəxs Cabir ibn Abdullanın vasitəsilə Muhəmməd peyğəmbərdən (s. a. v.) belə bir hədis rəvayət edib:

“Rəsulullah ribanı (faiz) yeyənə, yedirdənə, (müqaviləni) tərtib edənə, şahidlik edənə lənət etdi və: “Onlar bərabərdirlər (eyni səviyyədədirlər)”, – dedi.” ((Müslim, Müsəqat, 19 (106/1598). Oxşar hədislər üçün baxın: Nəsai, Zinət, 25; Əhməd ibn Hənbəl, I/430.))

Faiz böyük günahlardandır. Allah Təala buyurub ki, böyük günahlardan uzaq duraq:

“Sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, Biz sizin təqsirlərinizdən keçər və sizi şərəfli bir keçidə daxil edərik.” (Nisa, 4/31)

Göylərdə və yerdə nə varsa, Allahındır. (Bu, Allahın) pislik edənlərə əməllərinin cəzasını verməsi, yaxşılıq edənləri isə ən gözəli ilə (Cənnətlə) mükafatlandırması üçündür. Onlar kiçik günahlar istisna olmaqla, böyük günahlardan və iyrənc əməllərdən çəkinirlər. Həqiqətən, sənin Rəbbin geniş məğfirət sahibidir.“ (Nəcm, 53/31-32)

Bu məsələ ilə əlaqədar olaraq aşağıdakı keçidə də baxın:

http://www.muselmanlar.com/fitvalar/4253.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.