Sual: Mənim 3 il qabaqdan qalma qızılım var. Onun zəkatını verməmişəm. İndi istəyirəm ki, verim. Bunu nə cür hesablamalıyam?
Cavab: Zəkat kasıbların varlıların malında olan haqqıdır. Allah bununla əlaqədar olaraq belə deyir:
خُذْ مِنْ أَمْوَالِهِمْ صَدَقَةً تُطَهِّرُهُمْ وَتُزَكِّيهِمْ بِهَا وَصَلِّ عَلَيْهِمْ إِنَّ صَلَاتَكَ سَكَنٌ لَهُمْ وَاللَّهُ سَمِيعٌ عَلِيمٌ
“Onların mallarından sədəqə al. Beləcə, onları təmizləyib inkişaf etdirərsən. Bir də onlar üçün dua et. Sənin duan onları rahatlığa çatdırır. Allah eşidir, bilir.” (Tövbə, 9/103)
وَفِي أَمْوَالِهِمْ حَقٌّ لِلسَّائِلِ وَالْمَحْرُومِ
“Onların mallarında möhtac vəziyyətdə olanlar və kasıblar üçün bir haqq var.” (Zariyat, 51/19)
Əgər bir insan verməli olduğu halda zəkat verməyibsə, bu, onun boynunda borc kimi qalır. Siz də sizə məxsus olan qızılın zəkatını 3 il verməmisinizsə, onu qızıl formasında hesablamalısınız. Zəkat verdiyiniz vaxt onu həm qızıl, həm də verdiyiniz günün qızıl qiymətinə əsasən pul formasında verə bilərsiniz.
Sualınızda konkret bir miqdar bildirməmisiniz. Odur ki, zəkatınızı aşağıdakı kimi hesablaya bilərsiniz:
Tutalım ki, sizin 100 qram qızılınız var. Bu halda birinci il üçün bunun qırxda biri olan 2,5 qramı, ikinci il üçün yerdə qalan 97,5 qramın qırxda biri olan 2,43 qramı, 3-cü il üçün isə 95,07 qram qızılın qırxda biri olan 2,37 qramı zəkat verməlisiniz.
Məlumat üçün aşağıdakı keçidlərə də baxın:
http://www.muselmanlar.com/fitvalar/3826.html
http://www.muselmanlar.com/fitvalar/zekat
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.