Sual: Zəkatın qırxda birini necə hesablamaq olar? Xahiş edirəm, buna bir misal verin ki, yaxşı başa düşüm.
Cavab: Zəkatın qırxda biri zəruri ehtiyaclarınız və borclarınızın xaricində əlinizdə qalan və nisab miqdarını (85 qram qızıl və yaxud onu almağa çatacaq qədər pul) keçən şeyin (pul, mal-dövlət) 2,5 %-ni lazımi yerlərə vermək deməkdir.
Misal üçün, zəruri ehtiyaclar və borclarınızı çıxdıqdan sonra əlinizdə 10000 manat pul varsa, bunun qırxda biri (2,5 %-i) olan 250 manatı zəkat kimi verməlisiniz.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.