Sual: Əhli-qibləni təkfir etməyin mənası nədir?
Cavab: Hər şeydən əvvəl qeyd edək ki, əhli-qiblə imanın əsaslarını müxtəlif formalarda şərh edən, ayrı-ayrı etiqadi məzhəblərə mənsub olan bütün müsəlmanları əhatə edən bir ifadədir.
Əhli-qiblə birləşməsi Kəbəyə tərəf durub namaz qılanlar mənasını verir. Bu, küfrə düşmədiyi qəbul olunan və Kəbəyə üz tutub namaz qılmağın vacib olduğuna inanan, eləcə də bunu yerinə yetirən müsəlmanları ifadə etmək üçün işlədilən bir termindir. Əvvəlki dövrlərdə bu terminin əvəzinə əhli-səlat, yəni, namaz əhli ifadəsi işlədilib.
Əhli-qibləni təkfir etmək isə belə bir şəxsi kafir hesab etmək deməkdir. Heç bir müsəlmanın özü kimi qiblə əhli olan qardaşlarını təkfir etməyə haqq və səlahiyyəti yoxdur.
Bu məsələ ilə əlaqədar ətraflı məlumat almaq üçün Türkiyə diyanət vəqfi tərəfindən nəşr edilən İslam ensiklopediyasına ((10-cu cild, s. 515-516. Bu mənbə BDU-nun İlahiyyat fakültəsinin kitabxanasında və AMEA-nın mərkəzi elmi kitabxanasının şərq zalında mövcuddur.)) müraciət edə bilərsiniz.
Sualınızla əlaqədar olaraq aşağıdakı keçidə də baxın:
http://www.muselmanlar.com/fitvalar/2206.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.