Sual: Mənim bir oğlan dostum var. Aramızda kəbin yoxdur. Ancaq ailələrimizin razılığı var. Bu halda əl-ələ tuta bilərik?
Cavab: Kəbində ailələrin razılığını almaq onların sizin evlənməyinizə icazə verdiyini göstərir. Sizin dostluq etməyinizə icazə verməkləri bunun üçün kifayət deyil.
Yaddan çıxartmamaq lazımdır ki, evliliyin (kəbin) müəyyən qayda-qanun və şərtləri var. Ona görə də qayda-qanununa müvafiq olaraq kəbin kəsdirənə qədər əl-ələ tutmağınız düzgün deyil. İslam dinində bu cür bir münasibətə icazə verilmir.
Sualınızla əlaqədar olaraq aşağıdakı qısa sual və cavablarına da nəzər yetirin:
http://www.muselmanlar.com/fitvalar/3802.html
http://www.muselmanlar.com/fitvalar/3769.html
http://www.muselmanlar.com/fitvalar/3767.html
http://www.muselmanlar.com/fitvalar/3549.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.