Müsəlmanlar
Oruclu ola-ola nişanlımla əl-ələ tuta bilərəm?

Oruclu ola-ola nişanlımla əl-ələ tuta bilərəm?

Sual: Mən nişanlıyam. İndi Ramazan ayındayıq. İkimiz də oruc tuturuq. Oruclu olduğumuz vaxt əl-ələ tuta bilərik? İslamda buna icazə var?

Cavab: Sizin aranızda kəbin olmayan bir qadınla əl-ələ tutmağınız dinimiz tərəfindən qadağan edilib. Bu məsələnin oruclu olub-olmamağa dəxli yoxdur. Başqa sözlə, qadağan olan bu məsələ insan oruc tutduğu vaxt da qadağandır, oruclu olmadığı vaxt da. Aranızda kəbin olmadıqca bir-birinizlə əl-ələ tutmağınız düzgün deyil.

Daha ətraflı məlumat üçün bu linkə tuşlayın:

Nişanlıların münasibətləri necə olmalıdır?

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.