Sual: Cümə namazının vaxtında məktəbin bufetindən bir şey almaq haramdır? Bufetdə işləyənlərin hamısı kişidir. Onlar ümumiyyətlə namaz qılan insanlar deyillər. Fikirləri belədir: “Biz bütün insanların dini etiqadına hörmətlə yanaşırıq. Amma özümüz namaz qılmırıq. Cümə namazının vaxtında da işdə oluruq.” Bu məsələni bu gün məktəbdə müzakirə etdik. Qəti bir qərara gələ bilmədik. Bu cür hərəkət etmək məkruhdur, yoxsa haram?
Cavab: Cümə namazının vacib olduğu hər bir müsəlman şəxs üzrlü bir səbəbi yoxdursa, bu namazı qılmalıdır.
Lakin namaza getdikləri vaxt cəmiyyətin təhlükəsizliyinin və ictimai asayişin təhlükə ilə üzləşməsi ehtimalı olan əsgər, polis, yanğınsöndürmə sahəsində işləyənlər, bəzi digər təşkilatların dövlət əhəmiyyətli əməkdaşlarının Cümə namazına getmək kimi bir məcburiyyətləri yoxdur. Bu namazın qılınmadığı kiçik yaşayış məntəqələrində yaşayanlar da Cüməyə getməyə məcbur deyillər.
Dərsləri həmin vaxta təsadüf edən müəllim və şagirdləri də bu kateqoriyaya daxil etmək mümkündür.
http://www.muselmanlar.com/fitvalar/3560.html
Deməli, bir şagirdin Cümə namazının vaxtında məktəbin bufetindən nəsə almağı haram deyil.
Suala cavab verdi: Servet Bayındır ((İstanbul Universitetinin dosenti, Türkiyə.))
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.