Müsəlmanlar
Şizofren və paranoyak xəstələr öz hərəkətlərinə görə cavabdehlik daşıyırlar?

Şizofren və paranoyak xəstələr öz hərəkətlərinə görə cavabdehlik daşıyırlar?

Sual: İslam dinində deyilir ki, cəmiyyətdə dəli kimi tanınan, yəni, əqli cəhətdən qüsurlu olan insanlar o biri dünyada sorğu-sual edilməyəcəklər. Bilmək istəyirəm, bu kateqoriyaya təkcə ağlı yerində olmayanlar daxildirlər? Yoxsa şizofreniya, paranoya və şəxsiyyətin ikiyə bölünməyi kimi psixi xəstəliklər də belədir? Misal üçün, şizofreniya xəstəsi olan bir nəfər cinayət törətsə, cavabdeh sayılmır?

Cavab: Bir hüquq termini kimi yaxşını pisdən, xeyir (gəlir, mənfəət) və zərəri (ziyan) bir-birindən ayırd etməyə yarayan zehni qüvvələr baxımından kafi olan şəxsləri bildirən məfhumlar aqil və yaxud əql sahibi məfhumlarıdır.

Ağıl (əql) və ayırdetmə qabiliyyətində pozulma baş verdiyi vaxt insanın dini məsuliyyəti aradan qalxır.

Allah Quranda: “Allah heç kəsə gücünün çatdığından artıq yük yükləməz”, – deyir (Bəqərə, 2/286).

Muhəmməd peyğəmbər (s. a. v.) isə bununla əlaqədar olaraq belə demişdir:

“Üç nəfərin üstündən cavabdehlik götürülmüşdür: Ağlı olmayan (dəli), yuxuda olan (yatan) şəxs və həddi-büluğa çatmamış uşaq.” ((Əbu Davud, Hüdud, 16; Tirmizi, Hüdud, 2.))

Əqli problemlər ayırdetmə qabiliyyətini tamamilə və ya qismən aradan qaldırmağı, eləcə də anadangəlmə olub olmamağı və müntəzəm və vaxtaşırı üzə çıxıb çıxmaması baxımından qiymətləndirilir. Bu o deməkdir ki, belə hallarda hər bir xəstənin xəstəliyinin dərəcəsinə əsasən ağıl və ayırdetmə qabiliyyətini itirib itirmədiyinə baxılır. Ona görə də hər bir xəstə barədə verilən hökm digərlərindən fərqli olur.

Sualınızda qeyd etdiyiniz vəziyyətdə olan insanların ağıl və ayırdetmə qabiliyyətini tamamilə aradan qaldıran xəstəlikləri davam etdikcə gördükləri iş məqbul hesab olunmur. Bu vaxt törətdikləri cinayətlərə görə onlara hər hansı bir cəza tətbiq olunmur. Onlar hər növ fiziki cəzadan azaddırlar. Çünki onlar buna qabil deyillər. Bununla belə, başqalarına vurduqları maddi ziyanlar öz mallarından ödətdirilir.

Bu məsələlərlə əlaqədar geniş məlumat üçün  aşağıdakı mənbədən istifadə edə bilərsiniz:

Mustafa Uzunpostalcı, “İslam hukukunda ehliyeti daraltan veya ortadan kaldıran sebepler” (Türk dilində), İslam Hukuku Araştırmaları Dergisi (jurnal), nömrə 9, il 2007, səhifə 67-100.

Aşağıdakı linklərdə də bununla bağlı ətraflı məlumat verilir:

http://www.muselmanlar.com/fitvalar/2732.html

http://www.muselmanlar.com/fitvalar/905.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.