Sual: Bizim bir mini marketimiz var. İstəyirik ki, orada balzamik sirkə də sataq. Bu sirkə ağ çaxırdan istehsal olunur. Belə olan halda, onu xörəklərdə işlətmək, eləcə də, istehsal etmək və satmaq olar?
Cavab: Sirkə emalı zamanı üzüm və ya alma əvvəlcə mütləq şərab-çaxır halına gəlməlidir. Əks təqdirdə, sirkə olmur.
“Alma, ərik, alça və tut kimi meyvələrdən də sirkə hazırlamaq olur. Hansı meyvədən olursa olsun, əvvəlcə həmin meyvənin şərabı alınır. Sonra da bu şərab sirkə bakteriyaları tərəfindən mayalanıb sirkə halına gəlir”. ((MƏNBƏ: Sıdıka Bulduk, Gıda Teknolojisi, 5-ci nəşr, Detay nəşriyyatı, Ankara, 2009, s. 286-287, Türk dilində.))
Peyğəmbərin (s. a. v.) hədislərində də deyilir ki, sirkə halaldır. Cabir ibn Abdulladan nəql ediliyinə əsasən Muhəmməd (s. a. v.) belə demişdir:
“Sirkə necə də gözəl bir əlavədir!” ((Müslim, Əşribə, 164-169; Əbu Davud, Ətimə, 40; Tirmizi, Ətimə, 35; Nəsai, Əyman, 21.))
Qeyd edək ki, haram olan bir şey fermantasiya nəticəsində halal hala gələ bilər. Şərabdan əldə olunan sirkəni işlətmək halaldır. Bir şeyin əslinin halal və ya haram olmağı deyil, axırıncı halı əsasdır. Yəni, əsas olan meydana gələn maddədir. Fqh (İslam hüququ) elmində buna istihalə deyilir. İstihalə bir şeyin quruluş və təbiətinin dəyişib təzə/başqa bir maddəyə çevrilməsi deməkdir.
Beləliklə, şərabın özü haram olsa da, ondan hazırlanan sirkə halaldır. Eyni şey bunun tərsi üçün də qüvvədədir. Üzümün suyu halaldır. Amma şərab halına gəldiyi vaxt haram olur.
Nəticə etibarilə balzamik sirkənin istehsalı, eləcə də, işlədilməsi və alınıb satılmağında bir problem yoxdur.
Sualınızla əlaqədar olaraq aşağıdakı yazıya da nəzər yetirin:
http://www.muselmanlar.com/fitvalar/2270.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.