Sual: Mən heyvana kəsməmişdən qabaq şok verirəm. Heyvan huşdan gedir və çabalamır. Sonra kəsirəm. Bu cür qurban kəsmək düzgündür?
Cavab: Əgər heyvanı ölməmiş, yəni, dərhal kəsirsinizsə, qurban hesab olunur. Başqa sözlə desək, bu halda qurban ibadəti yerinə yetirilmiş hesab edilir.
Ancaq heyvana şok vermək düzgün bir hərəkət deyil. Yaxşı olar ki, bunu bir də təkrar etməyəsiniz.
Əgər heyvanı əziyyət vermədən kəsmək istəyirsinizsə, çox iti bir bıçaqla və bircə dəfə toxunmaqla boğazındakı damarları kəsin.
Sualınızla əlaqədar olaraq aşağıdakı qısa cavaba da nəzər salın:
http://www.muselmanlar.com/fitvalar/1950.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.