Müsəlmanlar
Elektroşok üsulu ilə kəsilən heyvanın ətini yemək olar?

Elektroşok üsulu ilə kəsilən heyvanın ətini yemək olar?

Sual: Elektroşok sistemi ilə kəsilən heyvanların ətini yemək halaldır? Avropa ölkələrində heyvanların əksəriyyəti bu cür kəsilir. Buna görə də müsəlmanlar çətinlik çəkirlər. Xahiş edirəm, bu məsələni izah edin.

Cavab: Heyvanı elektroşok metodu ilə kəsmək müəyyən şərtlər çərçivəsində caiz hesab olunsa da, məsləhət görülmür. Bunun dini cəhətdən düzgün (caiz) olmağı üçün heyvan kəsilməmişdən qabaq ölməməlidir. Yəni, şok heyvanı uyuşdurmalı, lakin öldürməməlidir. Əgər heyvan hələ kəsilməmişdən qabaq elektrik cərəyanı ucbatından ölsə, leş (murdar olmuş, meytə) hökmündə olur və onu yemək haramdır.

İslam Fiqh Akademiyası 28 İyun – 3 İyul 1997-ci ildə Səudiyyə Ərəbistanının Ciddə şəhərində yığıncaq keçirmiş və bəzi şərtlərdən asılı olaraq heyvanları uyuşdurub kəsməyin mümkünlüyü istiqamətində bir qərara gəlmişdir. Həmin qərara əsasən heyvanlara kəsməmişdən qabaq aşağıdakı şərtlər daxilində elektroşok verilə bilər:

1) Elektroşok cihazının kənardakı dişləri heyvanların ya gicgahlarına ya da alın hissəsinə dəyməklə tətbiq olunmalıdır.

2) Tətbiq edilən voltaj 100 – 400 volt arasında olmalıdır.

3) Qoyun və keçiyə tətbiq olunan elektrik cərəyanı 0,75 – 1 amper, inək cinsindən olan heyvanlara isə 2 – 2,5 olmalıdır.

4) Elektrik cərəyanı 3 – 7 saniyəlik bir müddətdə verilməlidir. ((Məcməul-Fiqhil-İslami, Qərar nömrəsi 101 (3/D 10), “Bi Şaniz-Zəbaih”, Məcəllətu Məcməil-Fiqhil-İslami, Ciddə, 1997, nömrə 10, 1-ci cild, s. 653-654.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.