Sual: Μənim 7 aylıq bir oğlum var. İslam dininə əsasən ona nə vaxta qədər süd əmizdirməliyəm?
Cavab: Allah uşağa süd verməklə əlaqədar olaraq belə buyurur:
“Analar öz övladlarını tam iki il əmizdirməlidirlər. (Bu,) əmizdirməni tamamlamaq istəyənlər üçündür. Anaların yeməyi və geyimi müvafiq qayda uşağın atasının üzərinə düşür. Heç kəs qüvvəsi çatdığından artıq yüklənməz. Nə anaya öz övladına görə, nə də ataya öz övladına görə zərər verilməlidir.” (Bəqərə, 2/233)
Bu ayəyə əsasən ən münasib olan budur: Uşağı 2 yaşını tamamlayana qədər süd vermək. Ayədən belə məlum olur ki, körpəsini 2 yaşından qabaq süddən kəsmək istəyən ana bu qərarı tək verə bilməz; bu məsələdə əri ilə razılaşmalıdır.
Sualınızla əlaqədar olaraq aşağıdakı cavabları da oxuyun:
http://www.muselmanlar.com/fitvalar/3495.html
http://www.muselmanlar.com/fitvalar/2804.html
http://www.muselmanlar.com/fitvalar/2494.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.