Müsəlmanlar

Hamilə qadın uşağa süd verə bilər?

Sual: Deyirlər ki, hamilə qadınların uşaq əmizdirməyi düz deyil. Mən özüm hamiləyəm. Yaş yarımlıq bir uşağım da var. İstəyirəm ki, ona süd verim. Deyirlər ki, bu günahdır. Mən də qalmışam mat-məəttəl. Bu məsələnin əsli nədən ibarətdir?

Cavab: Siz öz körpənizə 2 yaşınadək süd verə bilərsiniz. Dində elə bir hökm yoxdur ki, hamilə qadınlara uşaq əmizdirməyi qadağan etsin. Tibbi baxımdan da bir maneə yoxdur. Bunun süd əmən körpəyə və qadının bətnindəki uşağa bir ziyanı yoxdur.

Lakin həkimlər bildirirlər ki, çətin hamiləlik keçirən və vaxtından əvvəl azad olmaq təhlükəsi olan qadınlar uşaq əmizdirmək məsələsində ehtiyatlı olmalıdırlar. Ümumiyyətlə bu kimi məsələləri həkimlərlə müzakirə etmək, onlarla bu barədə məsləhətləşmək lazımdır. Odur ki, siz buna xüsusi diqqət yetirməlisiniz.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.