Müsəlmanlar
Kafirlər axırını bilə-bilə nə üçün Allaha iman gətirmirlər?

Kafirlər axırını bilə-bilə nə üçün Allaha iman gətirmirlər?

Sual: Əslində kafirlər öz axırlarının necə olacağını bilirlər. Onlar bu acınacaqlı aqibətə baxmayaraq nəyə görə imana gəlmirlər?

Cavab: Kafir və günahkar insanların əksəriyyəti bu məsələdə təxminən belə düşünürlər: Hələ tezdir, vaxt gələr, mən də günahlardan tövbə edib Allahın yoluna qayıdaram.

Halbuki günahlar insanda siqaret çəkmək vərdişi kimi aludəlik yaradır. Bir müddət keçdikdən sonra bu aludəlik insanın həyatının bir hissəsi halına gəlir. Onda artıq yeni bir xarakter formalaşır. Düz yoldan çıxdığı halda, özünü bu yolun tən ortasında təsəvvür edir. Dini də özünə sərf etdiyi formada görür. Özü dinə uyacağı yerdə, dini özünə uydurur. Hətta bu sahəyə dair müxtəlif hökmlər verir.

Bizim bu məsələyə dair çoxlu müşahidə və təcrübələrimiz var. Amma söhbəti uzatmaq istəmir, sualınıza qısa bir cavab verməklə kəfayətlənirik.

Aşağıdakı yazılara da nəzər yetirin:

http://www.muselmanlar.com/fitvalar/3182.html

http://www.muselmanlar.com/fitvalar/1899.html

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.