Müsəlmanlar
Gecə növbəsində işləməyin dini cəhətdən bir eybi var?

Gecə növbəsində işləməyin dini cəhətdən bir eybi var?

Sual: Xüftən namazından səhər gün çıxana qədər (yəni, yatmaq və istirahət vaxtı) işləmək günahdır? Bu haqda deyilənlər düzdür?

Cavab: Əgər işiniz belədirsə və başqalarını narahat etmirsinizsə, heç bir eybi yoxdur. Əlavə olaraq bu məsələdə öz orqanizminizə (sağlamlığın qeydinə qalmaq) və ailə üzvlərinizə qarşı öhdəliklərinizi yerinə yetirməyiniz çox vacibdir. Bu barədə səhlənkarlıq etmirsinizsə, gecə növbəsində işləməyinizin bir eybi yoxdur.

Ümumiyyətlə, İslam dini qatı bir din deyil. Bu dinə əsasən gecə növbəsində işləmək günah hesab olunmur. Bu barədə deyilənlər əsassızdır.

Yeri gəlmişkən, sualınızla əlaqədar qısa bir cavabı da oxuyun:

http://www.muselmanlar.com/fitvalar/3997.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.