Sual: Mənim nişanlım universitetdə oxuyur. Təhsil haqqını mən ödəyirəm. Həmin pulları zəkat kimi qəbul etmək olar?
Cavab: Əgər nişanlınız dini cəhətdən varlı hesab olunmursa, yəni, 85 qram qızılı və yaxud o qədər pulu yoxdursa, onun təhsil haqqını öz zəkat pulunuzdan verə bilərsiniz. Bu barədə ona nəsə deməyiniz də vacib deyil:
http://www.muselmanlar.com/fitvalar/3806.html
Ancaq kəbin kəsdirib evləndiyiniz vaxtdan etibarən ər-arvad olduğunuza görə ona zəkat verə bilməzsiniz.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.