Sual: Zəkat verdiyimiz adama mütləq: “Al bunu, mənim zəkatımdır”, - demək lazımdır? Yoxsa buna niyyət etmək kifayətdir?
Cavab: Zəkat və fitrə verənin bunu ürəyindən keçirməyi (niyyət) kifayətdir. Zəkat verdiyi adama verdiyi şeyin zəkat olduğunu deməyinə ehtiyac yoxdur. Yaxşı olar ki, (zəkat alan insanı incitməmək üçün) bunu heç deməsin.
Hətta Maliki məzhəbindən olan bəzi fəqih-alimlər verilən şeyin sədəqə və ya zəkat olduğunu deməyi məkruh hesab edirlər.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.