Müsəlmanlar

Əsgərlikdə namazı necə qılmaq olar?

Sual: Mən orduda xidmətdəyəm. Sizə də yaxşı məlumdur ki, əsgərlikdə Qurana yox, hərbi qanunlara əməl edirik. Odur ki, mən namaz qıla bilmirəm. Xüsusilə də növbətçi olduğum vaxtlarda namaz qılmağım heç cür mümkün olmur. Xahiş edirəm, mənə bir məsləhət verin.

Cavab: Siz bir müsəlman kimi namazlarınızı mütləq vaxtlı-vaxtında qılmalısınız. Quranın Bəqərə surəsinin 239-cu ayəsində belə deyilir:

“Əgər qorxu halındasınızsa, namazı yeriyə-yeriyə və ya minik üstündə qılın. Təhlükə sovuşub getdikdə də bilmədiyiniz şeyləri sizə başa salan Allahın öyrətdiyi kimi (namaz qılaraq) Allahı yad edin.”

Ayəyə əsasən siz də həm növbədə durarsınız, həm də namaz qıla bilərsiniz.

Təbii ki, məsələyə kənardan baxıb qəzəl oxumaq asandır; biz bunu yaxşı başa düşürük. Yəni, belə bir şəraitdə olan adamın vəziyyətini düzgün qiymətləndirmək lazımdır. Yenə də (heç bir şeyə baxmayaraq) namazı düzgün və vaxtında qılmaq lazımdır.

Konstitusiyamızda etiqad azadlığı var. Bu da təkcə insanın ürəyində olan bir şey deyil. Din azadlığı insanların öz inanc və ibadətlərini azad surətdə həyata keçirə bilməyini ifadə edir.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

http://www.muselmanlar.com/fitvalar/2847.html

http://www.muselmanlar.com/fitvalar/2940.html

QEYD: Bu sual saytımıza Türkiyədən daxil olub.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.