Müsəlmanlar
Namazı hansı hallarda yeriyə-yeriyə və minik üstündə qılmaq olar?

Namazı hansı hallarda yeriyə-yeriyə və minik üstündə qılmaq olar?

Sual: Namazı təkcə qorxu və təhlükənin olduğu vaxtlarda yeriyə-yeriyə və yaxud hansısa minikdə qılmaq olar? Quranda bu barədə nə deyilir?

Cavab: Allah Təala Qurani-Kərimdə belə buyurur:

“Əgər qorxu halındasınızsa, namazı yeriyə-yeriyə və ya minik üstündə qılın. Təhlükə sovuşub getdikdə də bilmədiyiniz şeyləri sizə başa salan Allahın öyrətdiyi kimi (namaz qılaraq) Allahı yad edin”. (Bəqərə, 2/239)

Yuxarıdakı ayədə qorxuya vahid bir tərif verilməyib. Çünki qorxu ayrı-ayrı fərdlərdə müxtəlif cür olur. Misal üçün, düşməndən, bir heyvandan qorxmaq, namazın qılına bilməyəcəyindən təşvişə düşmək, namaz vaxtının başa çatması təhlükəsi və bu kimi hallar.

Bütün bunlar vacib namazları piyada halda və ya hansısa nəqliyyat və minikdə qılmağın mümkünlüyünü göstərən qorxu növləridir. Əgər təhlükə və qorxu kimi bir hal yoxdursa, vacib namazları yeriyə-yeriyə və yaxud da miniyin üstündə qılmaq düzgün deyil.

Sualınızla əlaqədar olan digər sual-cavabları buradan oxuya bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/2847.html

http://www.muselmanlar.com/fitvalar/1957.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.