Sual: Mən yeniyetməlik dövrümdən etibarən gecə klublarında işləmişəm. Hal-hazırda özümün musiqili-əyləncəli və içkili bir bar-kafem var. Allaha şükür, müsəlmanam. İçki içmirəm və digər günah işlərdən də çəkinirəm. Hər bir müsəlman kimi mən də işlərimin yaxşı olmağı üçün Allaha dua edib kömək istəyirəm. Bu məlumatlara əsasən sizdən bir sual soruşmaq istəyirəm. İçkinin haram olduğunu bilən, bu səbəbdən içki içməyən amma satan bir müsəlmanın vəziyyəti Qurana əsasən nə cür qiymətləndirilir?
Cavab: Quranın Maidə surəsinin 90-cı ayəsində belə deyilir:
“Ey iman edənlər! İçki, qumar, sitayiş etmək üçün dik qoyulmuş daşlar, fal və bəxt oxları murdar bir şeytan əməlidir. Bunlardan uzaq durun ki, bəlkə, nicat tapasınız.”
Göründüyü kimi, ayədə “uzaq durun”, – deyə, bir əmr var. Elə isə müsəlman içkini əlinə ala bilməz. Emal da edə bilməz. Ona içki satmaq da olmaz.
Uzaq durmaq başqadır, içməmək başqa. Allah: “İçki içməyin”, – demir; O məhz: “Uzaq durun”, – deyir. Odur ki, müsəlman insan içkidən tamamilə uzaq durmalıdır.
Əlavə olaraq, abırsız işlər (fuhuş) də belədir. Sualınızda qeyd etdiyiniz yerlərdə bu kimi işlər də görülür və yaxud da o işlər üçün zəmin hazırlanır.
Bir şeydən uzaq durmaq onunla öz arana məsafə qoymaq deməkdir. Allahın əmri də budur.
Ola bilsin ki, sizdə belə bir sual yaranır: Axı mən ziyana düşəcəyəm!? Narahat olmayın, əsas odur ki, axirət həyatında ziyana düşməyin.
Siz Allahdan düzgün şeyləri diləyin və bunun üçün (hansı sahə olursa olsun) lazımi qaydada işləyib çalışın. Öz bilik və təcrübələrinizdən lazım olduğu kimi istifadə edin.
Dünyanın hər yerində yanacaqdoldurma məntəqələrində belə bir xəbərdarlıq olur:
“Atəşlə (od) yaxınlaşmayın! Oddan təhlükəlidir!”
Allah da içkidən uzaq durmağı əmr edir.
Sualınızla əlaqədar olaraq aşağıdakı sual və cavabları da nəzərdən keçirin:
http://www.muselmanlar.com/fitvalar/3749.html
http://www.muselmanlar.com/fitvalar/3322.html
http://www.muselmanlar.com/fitvalar/2881.html
http://www.muselmanlar.com/fitvalar/2105.html
http://www.muselmanlar.com/fitvalar/1857.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.