Müsəlmanlar

Bar kimi içkili yerlərdə iftar eləmək olar?

Sual: Məlum olduğu kimi, Ramazan ayı bu il də yay tətilinə düşdü. Bəzi insanlar istirahət üçün kurortlardadırlar. Bu kimi yerlərdə beach deyilən bar və kafelər çoxdur. Orada spirtli içkilər də satılır. Bu halda belə yerlərdə orucu açıb iftar eləmək olar?

Cavab: Allah Quranda belə deyir:

“Ey iman edənlər! İçki, qumar, sitayiş etmək üçün dik qoyulmuş daşlar, fal və bəxt oxları murdar bir şeytan əməlidir. Bunlardan uzaq durun ki, bəlkə, nicat tapasınız.

Şeytanın istədiyi yeganə şey sərxoşluq verən içkilər və qumar vasitəsilə sizin aranıza düşmənçilik və kin-küdurət salmaqdır. O, bir də Allahın zikri olan Qurandan və namazdan sizi uzaqlaşdırmaq istəyir. Artıq bundan üz döndərərsiniz, deyilmi?”. (Maidə, 5/90-91)

Göründüyü kimi, ayədə insana sərxoşluq verən içkilərin içilməyi qadağan edilib. Əlavə olaraq deyilir ki, onlardan uzaq durun. Uzaq durmaq arada məsafə saxlamaq deməkdir. Bu səbəbə görə peyğəmbər (s. a. v.) belə buyurub:

“Ənəsdən (r. a.) nəql olunan rəvayətə əsasən Allahın peyğəmbəri sərxoşedici içki ilə əlaqədar olaraq 10 nəfərə lənət yağıdırıb:

“Sıxana, sıxdırana, içənə, daşıyana, daşıdana, təqdim edənə (süzən, paylayan), satana, pulunu yeyənə, satın alana və satın aldırana”. (Tirmizi, Büyu, 59)

İçki verilən restoranda (kafe, yeməkxana və sairə də buna daxildir) yemək yeyən insan yuxarıda sadalananların siyahısına daxil deyil amma Allahın içkidən uzaq durmaq barədə əmrini yerinə yetirmək üçün başqa yerləri seçməlidir. Belə edərsə, savab qazanar.

Sualınızla əlaqədar olaraq aşağıdakı qısa sual-cavabı da oxuyun:

http://www.muselmanlar.com/fitvalar/1857.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.