Müsəlmanlar
Bir qadın məhrəmi olan kişilərə pişnamazlıq edə bilər?

Bir qadın məhrəmi olan kişilərə pişnamazlıq edə bilər?

Sual: Bir qadın namazda öz oğlu və qardaşı kimi məhrəmi olan kişilərə rəhbərlik (pişnamazlıq, imam-camaat olmaq) edə bilər?

Cavab: Bəzi hədislərə əsasən Muhəmməd peyğəmbərin (s. a. v.) dövründə Ümmü Vərəqə adlı bir qadın öz ailə üzvlərinə namaz qıldırıb. Ancaq həmin hədis rəvayətləri lazımi qədər güclü deyil, zəifdir.

Məlumdur ki, namazda xüşu məsələsi çox mühümdür. Məhz bu səbəbdən peyğəmbər özü namazda cərgələri qabaqda kişilər, onların arxasında oğlan uşaqları, onlardan sonra qadınlar, ən arxada da qız uşaqları formasında nizamlayıb.

Şeytan insanı narahat etmək üçün əlindən gələni edir. Qabaqda bir qadın (ailənin bir üzvü olsa belə) olduğu vaxt orada rahatlıq deyilən bir şey qalmaz. Allah namaz qılanlar haqqında: “Onlar ki, namazlarında xüşu sahibidirlər”, – deyir.

Odur ki, Peyğəmbərimizin (s. a. v.) camaat (cəm) namazındakı tutumunu eynilə tətbiq etmək lazımdır.

Nəticə etibarilə qadınlar öz aralarında pişnamaz ola bilərlər. Ancaq bir qadın kişilərə pişnamazlıq edə bilməz.

Ətraflı məlumat üçün aşağıdakı keçidlərə daxil olun:

http://www.muselmanlar.com/fitvalar/3804.html

http://www.muselmanlar.com/fitvalar/2152.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.