Sual: Biz ümumilikdə 85,45 qram ağırlığı olan bilərziklərimizi bir nəfərə borc verdik. Söz verdi ki, 1 ildən sonra qaytaracaq. Üstündən 6 il keçdi, hələ verməyib. Biz həmin qızılların zəkatını o adam qaytardığı vaxt verməliyik, yoxsa indi?
Cavab: İslam hüququ mütəxəssislərinin fikrinə əsasən alacaqlar 2 əsas yerə bölünür:
1. Qaytarılmağı ümid edilən alacaqlar. Yəni, qaytarmaq imkanı olan və borcunu da qəbul edən şəxsdəki alacaqlar zəkata tabedir. Alacaqlı şəxs hər il digər malları ilə birgə bunun da zəkatını verməlidir.
2. Qaytarılmağı gözlənilməyən alacaqlar. Bunların zəkatı ancaq alındığı (borclu tərəfindən qaytarıldığı) vaxt verilir.
Əlavə məlumat üçün aşağıdakı keçidlərə tıqqıldadın:
http://www.muselmanlar.com/fitvalar/3826.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.