Sual: Məlumdur ki, qadınlarda kişilərdə olmayan hallar baş verir. Bu səbəbdən oruc tuta bilməyən bir qadın işlədiyi yerin yeməkxanasında nəsə yeyə bilər?
Cavab: Qadınlar aybaşı halında olduqları vaxtlarda oruclarını tutmalıdırlar. Çünki aybaşı dini cəhətdən oruc tutmağa mane olan bir hal deyil. Bununla belə, əgər bir qadın heyz halında olduğu vaxt özünü oruc tuta bilməyəcək qədər narahat hiss etsə, xəstə hökmündə olur və xəstələrə verilən oruc tutmamaq icazəsindən istifadə edə bilər. Bunun əvəzinə (tuta bilmədiyi günlərin) orucunu başqa bir vaxt tutar.
Sualınıza cavab olaraq qeyd edilməlidir ki, aybaşı periodunda olan və özünü xəstə hiss edən bir qadın xəstələr üçün nəzərdə tutulan icazəyə əsasən yemək yeyə bilər. Yeməyi iş yerində də yeyə bilər, başqa bir yerdə də. Bunun bir eybi yoxdur.
Bu məsələ ilə əlaqədar olaraq aşağıdakı yazını da oxuyun:
http://www.muselmanlar.com/tedqiqatlar/1689.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.