Müsəlmanlar
Ərəfə günündə kəsilən qəbir qurbanı

Ərəfə günündə kəsilən qəbir qurbanı

Sual: İslam dinində qəbir qurbanı məsələsinə necə baxılır? Bəzi insanlar qurban bayramından bir gün qabaq (ərəfə günü) ölən ata-ana və qohum-əqrəba üçün qurban kəsirlər. Buna da qəbir qurbanı deyirlər. Bu nə dərəcədə düzdür?

Cavab: Allah Təala Qurani-Kərimdə qurbandan bəhs edərkən mənsək ((Mənsək sözü Ərəb sözü olub Allaha məxsus olan haqq, Onun razılığını (riza) qazanmaq üçün yerinə yetirilən hər növ ibadət, həcc, qurban və sairə kimi ibadətləri bildirən fiqh (İslam hüququ) terminidir. Nə-sə-kə kökündən əmələ gəlib. Nusuknusk kimi də işlədilir. Qurani-Kərimdə iki yerdə nusuk, iki yerdə mənsək və iki yerdə də mənasik sözləri işlədilib. Bu mətndə qurban kəsmək vaxtıqurbanlıq heyvan mənasında işlədilmişdir.)) sözündən istifadə edir. Buna aşağıdakı iki ayəni misal verməklə kifayətlənmək olar:

“Biz hər ümmət üçün onun yerinə yetirə biləcəyi bir şəriət müəyyən etdik. Qoy onlar bu işdə səninlə höcətləşməsinlər. Sən (onları) Rəbbinə (ibadət etməyə) dəvət et. Həqiqətən, sən ən doğru bir yoldasan”. (Həcc, 22/67)

“Biz hər bir ümmət üçün qurbangah müəyyən etdik ki, Allahın onlara ruzi olaraq verdiyi heyvanları (qurban kəsərkən) Allahın adını çəksinlər. Sizin tanrınız Tək olan İlahdır. Yalnız Ona itaət edin. Sən müti olanlara müjdə ver”. (Həcc, 22/34)

Elə isə qurbanı qurban bayramı günlərində kəsmək lazımdır. Bu barədə fiqh kitablarında da məlumat var:

“Qurban xüsusi bir heyvanın xüsusi bir vaxtda kəsilməsi ilə yerinə yetirilən ibadətdir”.

İslam dinində qəbir qurbanı deyilən bir şey yoxdur. Belə şeylər sonradan uydurublar.

Bəzi insanlar elə güman edirlər ki, öz sözlərini dinin buyuruqları kimi başqalarına sırışdıra bilərlər. Təəssüf ki, bəzən qara camaatı aldadıb öz xeyirlərini güdərək buna müvəffəq də olurlar. Guya peyğəmbərimiz (s. a. v.) və hansısa möhtərəm bir şəxs üçün qurban kəsirlər. Bütün bunlar pul qazanmaq üçün qurulmuş tələlərdir. Müsəlmanlar belə oyunlara aldanmamalıdırlar.

Bu məsələ ilə əlaqədar olaraq aşağıdakı yazıları da oxuyun:

http://www.muselmanlar.com/fitvalar/969.html

http://www.muselmanlar.com/fitvalar/994.html

http://www.muselmanlar.com/fitvalar/3150.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.