Müsəlmanlar
Merac hadisəsi peyğəmbərin möcüzələrindən biri deyilmi?

Merac hadisəsi peyğəmbərin möcüzələrindən biri deyilmi?

Sual: Siz bir dəfə dərsdə dediniz ki, merac hadisəsi möcüzə deyil. Məlumdur ki, bu hadisə barədə Quran ayələri var. Məsələyə Quranın möcüzə olması baxımından yanaşdıqda merac da bir möcüzə olmurmu?

Cavab: Merac hadisəsi xariquladə-fövqəladə-fövqəltəbii bir hadisədir. Ancaq peyğəmbərin peyğəmbər olduğunu sübut etmək üçün göstərilən bir möcüzə deyil. Peyğəmbərliyi sübut etmək üçün göstərilən möcüzələr insanların öz gözləri ilə görə biləcəkləri surətdə baş verir. Halbuki meraca təkcə Muhəmməd peyğəmbər şahid olmuşdur. Bu yolda onu ancaq mələk Cəbrail müşayiət edib, başqası olmayıb. Bu da onu göstərir ki, merac həqiqi mənada bir möcüzə deyil.

Bu məsələ ilə əlaqədar ətraflı məlumat üçün aşağıdakı yazını da oxuyun:

http://www.muselmanlar.com/fitvalar/2262.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.