Müsəlmanlar
Cümə namazını qılan əlil vacib borcunu yerinə yetirmiş hesab olunur?

Cümə namazını qılan əlil vacib borcunu yerinə yetirmiş hesab olunur?

Sual: Mən invalidəm. Beş vaxt namazımı qılıram. Cümə namazlarına da gedirəm. Bu, mənim üçün çətin deyil. Allaha şükür, heç kəsdən kömək də istəmirəm. Bəzi adamlar deyirlər ki, Cümə namazı qılmaq şikəstlərə vacib deyil. Buna görə də mən pişnamaza tabe olub hamı kimi Cümə namazını qıldıqdan sonra axırıncı 4 rükəti və həmin günün günorta (zöhr) namazının vacibini və müstəhəblərini də qılıram. İslamda bu məsələyə münasibət nədir?

Cavab: Cümə namazına gedə bildiyiniz müddət ərzində fərzi (vacibi) yerinə yetirmiş hesab olunursunuz. Cümə namazı ancaq və ancaq o insanlara vacib deyil ki, onların üzrlü bir səbəbi var və bu səbəbə görə namaza gedə bilmirlər.

İslam hüququ ilə əlaqədar kitablarda belə bir qeyd var:

Xəstə olduğu üçün Cümə namazına çıxdığı vaxt xəstəliyin artmağından və ya uzun çəkəcəyindən ehtiyat edən şəxslərə, yataq xəstəsi və yaxud ayaqları kəsilmiş olan şəxslərə Cümə namazına getmək vacib deyil. Amma əgər gedib Cümə namazını qılsalar, onlara həmin günün zöhr namazı vacib olmur.

Bununla belə, qeyd etmək lazımdır ki, Cümə namazını qıla bilməyənlərə o günün zöhr namazını qılmaq vacibdir.

Sualınızla əlaqədar olaraq aşağıdakı yazını da oxuyun:

http://www.muselmanlar.com/fitvalar/535.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.