Müsəlmanlar

Harama aparan yollar da haramdır?

Sual: İslam hüququnda belə bir termin var: “Səddi zərayi”. Sizcə bu düzgün bir hüquq prinsipidir? Məgər insanı harama aparan yolların bağlanması haramın sərhədlərini genişləndirmir?

Cavab: Zərayi sözü zəria sözünün cəm formasıdır. Zəria İslam hüququnda işlədilən bir termin kimi dini cəhətdən qadağan olan bir nəticəyə aparıb çıxardan vasitəni bildirir. Zərianın səddi (qarşısının alınması, sədd qoyulması) isə bu cür vasitələrin qadağan edilməsi deməkdir. Buna əsasən səddi-zəria məfsədətə aparan vasitələrin qadağan olunmağı mənasını verir. Məfsədət də şəri cəhətdən qadağan olunmuş halları ifadə edir. ((MƏNBƏ: Zekiyyüddin Şaban, İslam Hukuk İlminin Esasları (Usûlü’l-Fıkh), Türk dilinə tərcümə edən İbrahim Kafi Dönmez, Ankara, 1996, s. 202.))

Bəli, bu, düzgün bir hüquq prinsipidir.  Allah xüsusilə böyük günahları qadağan etdikdə: “Onlara yaxın durmayın”, “Onlardan uzaq durun” kimi ifadələr işlədib. Yaxınlaşmamaq isə araya məsafə qoymaq, məsafəni saxlamaq deməkdir. Məhz buna səddi-zərayi deyilir. Bununla əlaqədar misallarla aşağıdakı keçidlərdə tanış ola bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/2105.html

http://www.muselmanlar.com/fitvalar/2230.html

http://www.muselmanlar.com/fitvalar/1969.html

Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.